Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:17

Sosial şəbəkə fəalı ona cinayət işi açıldığını deyir


Fatimə Mövlamlı

Sosial şəbəkə fəalı Fatimə Mövlamlı həbs edilə biləcəyini söyləyir.

Bu barədə “Turan” agentliyinə onun özü bildirib.

F.Mövlamlının deməsinə görə, sentyabrn 21-də Bakıdakı 19 saylı poliklinika rəhbərliyinin şikayəti əsasında onu Yasamal rayon 29-cu Polis Bölməsinə aparıblar. O, saat 13:30-dan 18:00-dək polisdə olduğunu iddia edir.

Fəalın deməsinə görə, poıisdə bəlli olub ki, poliklinika həkimlərinin fəaliyyəti haqda reportaj hazırladıqdan sonra onunla bağlı cinayət işi başlanıb.

F. Mövlamlı vurğulayıb ki, reportaj poliklinikada ona verilməli dərmanı ala bilməyən bir şəkər xəstəsinin şikayəti ilə hazırlanıb.

Reportaj facebook-dakı Azad Soz səhifəsinin Youtube kanalında yayılıb.

"Videoyazı zamanı baş həkim və üç qadın -poliklinikanın həkimləri mənə hücum etdilər. Kameranı almağa çalışdılar. Məni icazəsiz çəkiliş aparmaqda ittiham etdilər. Onlar Yasamal Rayon Polis İdarəsinə şikayət ediblər. Orada mənə qarşı Cinayət Məcəlləsinin 322.1-ci maddəsi (özbaşınalıq) ilə cinayət işi qaldırılıb. Məni 500 manat cərimə və ya altı ay həbs cəzası gözləyir", - F.Mövlamlı bildirib.

Səhiyyə, Daxili İşlər nazirliklərindən və19 saylı poliklinikadan, hələlik, gənc fəalın açıqlamasına münasibət almaq mümkün olmayıb.
Agentliyin xəbərinə görə, Səhiyyə Nazirliyindən qeyd ediblər ki, məsələyə birinci günü, sentyabrın 24-də münasibət bildiriləcək.

Xatırlatma

Sosial şəbəkələr üzərindən paylaşımları, reportajları ilə tanınan F.Mövlamlı bundan öncə də polisə aparıldığını bildirib.
Bu ilin aprleində hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri, ictimai fəallar gənc Fatimə Mövlamlı ilə bağlı kampaniyaya başlamışdılar.

Onun müxalifətin icazəli aksiyasından sonra polisə aparıldığı güman edilirdi.Onda ictimai fəallar F. Mövlamlıdan təqribən 5 gün xəbər ala bilməmişdilər.
Ardan 5 gün keçdikdən sonra gənc fəal açıqlama verərək şəxsi məsələlərlə bağlı başının qarışıq olduğunu bildirmişdi.
Sonra isə o daha bir açıqlama verərək itgin sayıldığı günlər polisdə saxlanıldığını bildirmişdi.Onun deməsinə görə, əvvəlcə çəkindiyindən həqiqətləri demək istəməyib.

"Məni Bakıda "Diktatoru Tanıdaq" aksiyasını keçirdiyim üçün oğurlamışdılar. Mən onların hədə qorxularına baxmayaraq həqiqətləri açıqladım. Məni şərləyib, guya əxlaqsızlıqla məşğul olduğumu boynuma qoymaq istəyirdilər. Amma oradakı bütün sorğuların yalnız bir mövzusu var idi: siyasi fəaliyyətim!" Fatimə Mövlamlı bildirmişdi.
Gənc fəal həmçinin iddia edirdi ki, həmin vaxt ondan Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc funksinerlərinə qarşı böhtan xarakterli ifadə almaq istəyiblər.

Daxili İşlər Nazirliyi isə bu açıqlamaya münasibət bildirməmişdi.

Bununla belə hüquq mühafizə orqanları ölkədə insanlara siyasi baxışlarına görə, basqıların edilməsi, onların şərlənməsi ilə bağlı iddiaları bir qayda olaraq yalanlayırlar

XS
SM
MD
LG