Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:14

Dünya cüdo çempionatının açılışı olub


Cüdo

Bu gün, sentyabrın 21-də Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, mərasimə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Açılış mərasimində Azərbaycanın tarixi abidələri və ölkədə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.

Prezidenti İ.Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.

Xatırlatma

Cüdo üzrə dünya çempionatı bu yarışların tarixində ilk dəfə olaraq Azərbaycanda keçirilir.

Çempionatın yarışlarına dünən, sentyabrın 20-də start verilib.

Yarışa 125 ölkədən 758 cüdoçunun (460 kişi, 298 qadın) qatıldığı bildirilir. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunur.

Çempionata sentyabrın 27-də keçiriləcək komanda yarışları ilə yekun vurulmalıdır.

Multimedia

XS
SM
MD
LG