Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:02

Pakistanın keçmiş baş naziri azadlığa çıxdı


Nawaz Sharif həyat yoldaşının dəfnində, 14 sentyabr, 2018-ci il

Pakistanın keçmiş başnaziri Nawaz Sharif, onun qızı və kürəkəni məhkəmə onların korrupsiya ittihamı ilə məhkumluqlarını ləğv etdikdən sonra həbsxanadan azad olunublar.

Sharif, Maryam Nawaz və Mohammad Safdar sentyabrın 19-da axşam saatlarında Ravalpindi hərbi şəhərindəki Adiala həbsxanasından azad edildikdən sonra hava limanına yollanıblar.

Telekanalların yayınladığı reportajlarda Sharif tərəfdarlarının onun maşınına qızıl gül ləcəklələrini ələdiyi görünür.

***

Pakistan məhkəməsi keçmiş baş nazir Nawaz Sharif, onun qızı və kürəkəninə qarşı həbs cəzalarına dair məhkəmə hökmlərini ləğv edib.

İslamabad Ali Məhkəməsi sentyabrın 19-da Sharif, Maryam NawazMohammad Safdar-ın azadlığa buraxılması qərarını çıxarıb.

Onlar korrupsiya ittihamlarıyla məhkum edilmişdilər.

Keçmiş baş nazir və qızı iyulda uyğun olaraq 10 və yeddi illik həbsə məhkum edilmişdilər. Səbəb onların 1990-cı illərdə Londonda dəbdəbəli mənzillər alması idi.

Safdara 1 il həbs kəsilmişdi.

Sharif 3 dəfə baş nazir seçilib.

XS
SM
MD
LG