Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:38

Cənubi Koreya lideri Pxenyana gəlib


Koreya liderləri

Cənubi Koreya prezidenti Moon Jae In sentyabrın 18-də Pxenyana üçgünlük səfərə gəlib. Aeroportda onu şəxsən KXDR-nin lideri qarşılayıb. Bu, Cənubi Koreya prezidentinin Şimali Koreyaya son 11 ildə ilk səfəridir.

Hər iki dövlətin başçısı eyni avtomobildə fəxri qonaqlar üçün nəzərdə tutulan qərargaha yollanıblar. Bu gün həmin qərargahda danışıqların birinci raundu başlamalıdır. Gündəlikdə KXDR-in nüvə proqramını dayandırması, iki ölkə arasındakı əlaqələr və Pxenyanla Vaşinqton arasında dialoqun inkişaf etdirilməsi durur.

Bu, son bir ildə iki Koreya dövlətinin üçüncü sammitidir. İlk görüşlər aprel və mayda keçirilib. Aprel sammitində onlar iki ölkə arasındakı müharibə vəziyyətinə son qoyacaq barış razılaşması imzalamaq niyyətindən danışıblar. Həmçinin, Pxenyanla Seul Koreya yarımadasında tam nüvə silahsızlaşdırması üzərində işin başlanmasını bəyan ediblər. İkinci dəfə liderlər mayda Sinqapurda ABŞ-Şimali Koreya sammitindən az əvvəl görüşüblər.

XS
SM
MD
LG