Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Aslan İsmayılov: 'Həbsi gözə almışam, bir şərtlə gedərəm...'


Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi

Hüquqşünas Aslan İsmayılov xuliqanlıq ittihamıyla cəlb olunduğu məhkəməyə getməkdən imtina edib. Sentyabrın 17-də Binəqədi Rayon Məhkəməsində hüquqşünasın haqqında cinayət işinə baxılmalıydı. Ancaq o getmədiyinə görə proses sentyabrın 24-nə qədər təxirə salınıb.

A.İsmayılov AzadlıqRadiosuna bildirib ki, məhkəmənin qərəzliyinə, ədalətsizliyinə görə prosesdə iştirakdan imtina edir: «Əslində, mənim işimə o məhkəmədə baxıla bilməzdi. Çünki bütün şahidlər Binəqədi Rayon Məhkəməsinin hakimi və işçiləridir. Dəfələrlə bu barədə vəsatət verdim, nəzərə alınmadı. Sonuncu məhkəmə iclasında dedim ki, yaxşı, baxırsınızsa da, heç olmasa, prosesin audio- və videoyazısına imkan verin. Bunu da eləmədilər. Belə bir məhkəmədə iştirak etməyin anlamı nədir?».

Bu cinayət işi ilə əlaqədar istintaq və məhkəmə dövrü üçün hüquqşünas barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

«Mən onu da başa düşürəm ki, məhkəməyə getməməyim yayınmaq kimi qiymətləndirilə və haqqımdakı qətimkan tədbiri dəyişdirilib, həbs qərarı verilə bilər. Ancaq mən bunu gözə almışam», – A.İsmayılov belə deyir.

Hüquqşünas bildirib ki, sentyabrın 24-nə təyin olunmuş məhkəmə iclasına da getmək niyyətində deyil: «Bir şərtlə gedərəm, əgər videoyazıya imkan verilsə...».

A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır.

CM-in 221-ci (xuliqanlıq) maddəsiylə təqsirləndirilən hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: «İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır».

Son iki ayda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünas məhkum edilib, ona islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur. A.İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir və hər iki hökmdən şikayət verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG