Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:20

Aslan İsmayılov: 'Bu ölkə ona görə belə gündədir ki...'


Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi təhqir etməkdə suçlanıb 1500 manat cərimələnən hüquqşünas Aslan İsmayılov haqqında hökm qüvvədə saxlanılıb. Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

A.İsmayılov H.Hacıyevin iddiası əsasında CM-in 148-ci (təhqir) maddəsiylə təqsirli bilinib məhkum olunmasıyla razılaşmır. Ona görə də Səbail Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi.

Avqustun 21-də apellyasiya şikayətinə baxılarkən xüsusi ittihamçı H.Hacıyev iştirak etməyib.

A.İsmayılov müdafiə çıxışında haqqındakı hökmün sifarişli və qanunsuz olduğunu bildirib və ləğv olunmasını istəyib: «Bu ölkə ona görə bu günə düşüb ki, əksəriyyətin nifrət obyekti olan birinin sözü ilə az-çox hörməti olan bir hüquqşünas məhkum edilir».

Hakimlər qısa müşavirədən sonra hüquqşünasın şikayətinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.

A.İsmayılov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

Son ayyarımda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünasa islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur.

A.İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir, sifarişlə məhkum edildiyini bildirir.

Bundan əlavə, Binəqədi Rayon Məhkəməsində də A.İsmayılov barəsindəki cinayət işi üzrə məhkəmə gedir. Hüquqşünas CM-in 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunur.

A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır.

Həmin cinayət işiylə əlaqədar istintaq və məhkəmə dövrü üçün hüquqşünas barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: «İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır».

A.İsmayılov haqqındakı bütün bu məhkəmə işlərinin bəzi məmurların ünvanına səsləndirdiyi tənqidlərə görə sifarişlə qaldırıldığını deyir.

Multimedia

XS
SM
MD
LG