Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:02

Gürcüstan marixuana ixracını qanuniləşdirmək istəyir


Marixuana


Gürcü Arzusu partiyası ölkə parlamentinə marixuanayla bağlı qanun layihəsi təlklif edib. Bu layihə marixuananın tibbi və kosmetik məqsədlə ixracını leqallaşdırmağı nəzərdə tutur.

Marixuananın becərilməsi və satılması Gürcüstanda hələ ki, cinayət əməli hesab edilir. Yeni qanun layihəsi isə hökümətə bunu becərib satmağa imkan yaradır.

“Hökümət özü istehsal etmək, ondan istifadə edənləri isə cəzalandırmaq istəyir? Bu ki absurddur? – Bunu deputat Giga Bokeriya deyir. O, həm də Gürcüstanda ictimai hətəkatın sədridir. Bakeriya höküməti marixuananı “hər kəs üçün” leqallaşdırmağa çağırıb.

BUNA DA BAX: Tbilisidə dindarlar marixuana qanununa etiraz edib

"İQTİSADİYYATIN İNKİŞAFINA YARDIM"

Gürcüstandakı mühafizəkar kəsim və Provoslav kilsəsi bu qanun layihəsini sərt tənqid edib:

“Hökümət bu yolla dövlət büdcəsi haqda düşünür, lakin milli təhlükəsizliyi düşünmür. Bu qanun ölkəni başqa bir Əfqanıstana və ya Kolumbiyaya çevirmək riski yaradır.”- deyə kilsənin baş keşişi bildirib.

Yeni qanun layihsəinin önəmli olduğunu düşünənlər də var. Gürcüstanda Fermerlər Assosiasiyasının rəhbəri Nino Zambakhidze bildirib ki, bu təşəbbüs Gürcüstan iqtisadiyyatı üçün faydalı ola bilər.

“Ancaq biz çox sərt qaydalar qoymalıyıq. Çünki, bu layihənin məqsədi marixuananı istehlak üçün istehsal etmək deyil”.

"BEYNƏLXAQ TƏCRÜBƏ"

Gürcüstanın baş naziri Mamuka Bakhtadze bildirib ki, marixuana ixracı haqda olan qanun layihəsi “çox məsuliyyətli” bir addımdır və tənzimləmələrin sərt olacağını bildirib. O əlavə edib ki, bu sahədə uğurlu olan ölkələrin təcrübələrindən də yararlanacaqlar. Mamuka Bakhtadze Kanada və İsrayili missal göstərərək deyib ki, bu ölkələr marxuana ixracından sərfəli system yaradıblar.

Gürcüstanda narkotik maddələrdən istifadəyə görə ciddi cəzalar var. Həbsxalanardakı məhbusların üçdə biri narkotik maddələrlə bağlı ittihamlarla həbsdədirlər. Onlar 8 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Gürcüstanın Konstitusiya Məhkəməsi isə bu ilin iyulunda marixuana istehlakına görə inzibati cəzaları ləğv edən hökm verib. Beləliklə Gürcüstan bu narkotik maddədən istifadə qadağasını ləğv edən ilk keçmiş sovet respublikası olub.

Hökmün yalnız kənafdan – anaşadan istifadəyə aid olduğu bildirilir və qeyd olunur ki, bu bitkinin becərilməsi və satılması cinayət əməli olaraq qalır.

XS
SM
MD
LG