Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:33

Putin Yaponiyanın baş naziri Abe ilə yekun sülh müqaviləsini müzakirə edib


Shinzo Abe və Vladimir

Rusiya prezidenti Vladimir Putinlə Yapniyanın baş naziri Shinzo Abe Vladivostokda iki ölkə arasında sülh müqaviləsi imzalanmasını müzakirə ediblər.

Yaponiyanın MHK televiziya kanalının məlumatına görə, görüş Vladivostokda keçirilən cüdo yarışı çərçivəsində baş tutub.

Vladimir Putin sentyabrın 12-də Şərq iqtisadi forumunda Yaponiyaya 2018-ci ilin sonunadək heç bir ilkin şərtsiz sülh müqaviləsi imzalanmasını təklif edib.

Amma Yaponiya hökumətinin nümayəndəsi bildirib ki, onun ölkəsi bu müqaviləyə, yalnız mübahisəli adaları Rusiyadan geri aldıqdan sonra imza atacaq.

Hazırda Kuril adalarındakı 4 adaya görə iki ölkə arasında mübahisə var.

Sovet ordusu İkinci Dünya müharibəsinin sonunda Yaponiyaya məxsus olan bu adaları zəbt edib.

Keçmiş SSSR ilə Yaponiya hökuməti 1956-cı ildə hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalasalar da yekun süıh müqaviləsi hələ də imzalanmayıb.

XS
SM
MD
LG