Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:55

Erdogan parad üçün Bakıya gəldi


Recep Tayyip Erdogan. Arxiv Fotosu

Türkiyə Respublikasının Prezidenti Receb Tayyip Erdogan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Onun Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Azadlıq Meydanında keçiriləcək paradda iştirak edəcəyi gözlənir.

Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Multimedia

XS
SM
MD
LG