Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:47

Azərbaycan genişmiqyaslı təlimlərə başlayır


Hərbi təlimlər
Hərbi təlimlər

Sentyabrın 17-də Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlər başlamalıdır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 14-də yaydığı məlumatda yazılıb: «Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank, digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, 10-dək qırıcı, bombardmançı və 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq».

Nazirlik bildirir ki, təlimlərdə, eyni zamanda, son illər ərzində Azərbaycan ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.

Təlimlərin sentyabrın 22-ə kimi davam edəcəyi vurğulanır.

Ermənistan parlamenti Azərbaycanla "şərti müharibə" barədə qərar qəbul elədi.

Ermənistan parlamenti sentyabrın 13-də Azərbaycanla "şərti müharibə" elan edilməsi barədə qərar qəbul edib.

Armenpress agentliyinin məlumatına görə, qərar "HSANAT-2018" hərbi təlimləri çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Ermənistanın Fövqəladə hallar nazirliyi bundan əvvəl-sentyabrın 13-də paytaxt Yerevan, Tavuş və Lori istiqamətində hərbi-hava qüvvələrinin iştirakı ilə reydlər keçirib.

Armenpress agentliyinin məlumatına görə, reydlər SHANT-2018 komandanlıq-qərərgah hərbi təlimləri çərcivəsində keçirilir.

Bunu avqustun nazirliyin sözçüsü Satenik Asilyan elə həmin gün keçirdiyi mətbuat konfransında deyib.

Həmçinin Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən motoatıcı hissəsi, Erebundakı hərbi-hava bazasında Ermənistan hərbi-hava qüvvələrinin pilotları ilə birgə təlimlər keçiriblər.

“Alaqyaz” poliqonunda keçirilən hərbi təlim zamlər zamanı Mİ-24 döyüş vertolyotlarının dəstəyi ilə kəşfiyyat-zərbə əməliyyatı çərçivəsində hərbi tapşırıqlar yerinə yetirilib.

Agentliyin məlumatına görə Rusyanın motoatıcı birləşməsi hərbi karvanın müşahidəsi, düşmənin arxa cəbhəsinə desant qüvvələri atılması və mühasirəyə düşməsini təmin edib.

Bundan başqa rəqibin şərti mövqelərinin məhv edilməsi məşq edilib.

Bu taktiki təlimlərə mindən çox canlı qüvvə, Mİ-24 və Mİ-8 vertolyotları da daxil olmaqla 200 hərbi texnika cəlb edilib.

Ermənistan Rusiyadan 100 milyon dollarlıq kredit almaq istəyir

Ermənistan isə bu arada Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə krediti götürmək barədə danışıqlar aparır. Bunu sentyabrın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Davit Tonoyan
Davit Tonoyan

Nazir qeyd edib ki, Yerevan Moskvayla çoxfunksiyalı hərbi aviasiya əldə etmək yönündə də danışıqlar aparır.

***

Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb. Bunu Ermənistanın baş naziri Nikol Pashinian “Kommersant” qəzetinə müsahibəsində deyib.

Qəzet müsahibəni sentyabrın 9-da dərc edib. Bir gün öncə isə Pashinian Moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.

Putin and Pashinyan
Putin and Pashinyan

“Rusiyanın silahları mütəmadi təchiz etməsinə razılaşdıq”, – Pashinian Putin-lə görüşlərdə hansı razılaşmaların əldə olunması barədə sualı belə cavablandırıb.

Baş nazirin deməsinə görə, silahların maliyyələşməsi kredit yoluyla təmin olunacaq, “başqa variantlar da götür-qoy olunacaq”.

2017-ci ilin noyabrında Ermənistan Rusiyadan silah satışının maliyyələşməsindən ötrü Moskvadan 100 milyon dollar borc alıb. TASS dövlət xəbər agentliyinin yazmasına görə, kredit Yerevana 2018-2022-ci illər üçün ayrılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG