Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Nazirlik: 'Hakerlərin işidir'


Haker

Bu günlərdə bəzi internet istifadəçiləri Daxili İşlər Nazirliyi (DİN) adından bildirişlər almaqdadırlar. Orda deyilir ki, istifadəçi qanunvericiliklə qadağan edilmiş pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytları dəfələrlə ziyarət etdiklərindən blok olunurlar. Bildirişdə qeyd edilir ki, blokun ləğvi üçün WebMoney-nin cüzdanına 42 manat ödəməlidirlər.

DİN-dən bununla bağlı açıqlama almaq mümkün olmayıb.

AzadlıqRadiosu bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Qurumdan bildiriblər ki, ödəniş etmək lazım deyil, bu, sadəcə, hakerlərin işidir.

«Bu, hakerlərdir. Pornosaytlar və bu kimi saytlar üzərindən belə linklər göndərilir», – NRYTN-nin cavabında qeyd olunur.

Bir qədər öncə Azərbaycanda bəzi pornoqrafik saytlara giriş bloklanıb.

Multimedia

XS
SM
MD
LG