Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:42

Kapital qoyuluşu azalıb


Manat

2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 953.6 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 13-də yaydığı məlumatda yazılır.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.8 faiz azdır.

Komitə bunu neft sektoruna yatırılmış investisiyaların azalması ilə izah edir.

Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcminin isə 22.7 faiz artdığı vurğulanır.

Məlumata görə, ümumi sərmayənin 69.2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Komitə bəyan edib ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59.4 faizini təşkil edib.

Sənayedə artım

2018-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 31.6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

DSK bildirib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz çoxdur.

Məlumatda vurğulanır ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10.8, neft sektorunda isə 0.6 faiz artıb.

Multimedia

XS
SM
MD
LG