Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:05

İranda əldəqayırma içkidən 4 nəfər ölüb


İranda spirtli içki içdiyinə görə şallaqlanan kişi

İranın Kərəc şəhərində əldəqayırma spirtli içkidən dörd nəfər ölüb. 40 nəfərsə xəstəxanaya yerləşdirilib.

Məlumatı sentyabrın 13-də yarırəsmi ISNA agentliyi Kərəcin prokuroru Reza Shahkarami-yə istinadla yayıb.

Prokuror deyib ki, sentyabrın 11-də baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı təhqiqat gedir.

“Xəstəxanaya 12 nəfər aparılmışdı. Bir neçə saata bu rəqəm 39-a qalxdı”, – Shahkarami deyib.

1979-cu il islam inqilabından sonra İranda alkoqol yasaqlanıb, şallaq və pul cəriməsi ilə cəzalandırılır.

Ancaq yenə də iranlıların çoxu qara bazardan xarici içkilər, yaxud ev şəraitində hazırlanmış spirtli içkilər əldə edirlər.

Son illər İranda alkoqoldan zəhərlənmə halları artıb.

2014-cü ildən İranda alkoqoldan müalicə mərkəzləri açılıb.

XS
SM
MD
LG