Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:02

Bakının azad olunması ilə bağlı yürüş keçirilir


Şəhidlər Xiyabanında türk əsgərlərinin abidəsi

Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı ilə «Qafqaz İslam Ordusunun zəfər yolu ilə» adlı anım yürüşü keçirilir.

AZƏRTAC-ın məlumatına görə, tədbiri Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəkləyir.

Yürüş sentyabrın 9-da Gəncə şəhərindən başlayıb. Proqrama əsasən, iştirakçılar sentyabrın 15-də Bakıya çatacaqlar.

Aksiya iştirakçılarının təqribən 80 nəfər olduqları bildirilir.

Xatırlatma

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edib.

Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədən Bakıya köçüb. 2 il ömür sürən AXC Rusiyanın işğalı nəticəsində süqut edib. Azərbaycan birdə müstəqilliyini 1991-ci ildə bərpa edib. Bu il Azərbaycanda AXC-nin yaradılmasının 100 illiyi qeyd edilir.

Multimedia

XS
SM
MD
LG