Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:19

ABŞ neft hasilatında önə çıxır


ABŞ-da neft hasilatı

Birləşmiş Ştatlar “böyük ehtimalla” Rusiya və Səudiyyə Ərəbistanını ötərək dünyanın ən böyük neft hasilatçısına çevrilməkdədir. Bunu Birləşmiş Ştatların Enerji İnformasiyası Agentliyi (EIA) bildirib.

Qurum sentyabrın 12-də ilkin məlumatlara və dəyərləndirmələrə istinadla bildirib ki, fevralda ABŞ-ın xam neft hasilatı son 20 ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanını keçib.

İyunda və avqustda isə ABŞ-ın hasilatda Rusiyanı arxada qoyduğu vurğulanır. Bu, 1999-cu ilin fevralından bəri ilk dəfə baş verir.

EIA bildirir ki, ABŞ ilin sonunadək və gələn il ərzində də Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyacaq.

Birləşmiş Ştatların xam neft hasilatını 2011-ci ildən sürətlə artırdığı qeyd olunur.

EIA-nın hesablamasına görə, bu il ABŞ-ın gündəlik neft hasilatı ortalama 10,7 milyon barrel olacaq ki, ötən il bu göstərici 9,4 milyon barrel idi. 2019-cu ildə isə gündəlik orta hasilat 11,5 milyon barrelə bərabərləşəcək.

2014-cü ildə neft ucuzlaşması ABŞ-da hasilatçıları istehsalı azaltmağa məcbur etdi. Ancaq 2016-cı ilin əvvəlində qiymətlər yüksələndən investisiya və hasilat da artdı.

Hesabata görə, son illər Rusiya və Səudiyyə Ərəbistanından hasilat nisbətən dəyişməz qalıb.

Birləşmiş Ştatlar 1973-cü ildə dünyada neft hasilatı üzrə lider mövqedə idi.

XS
SM
MD
LG