Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:47

Reyhanlıdakı partlayışda şübhəli bilinən saxlanıb


Suriya, arxiv fotosu

Türkiyənin kəşfiyyat agentləri 2013-cü ildəki bomba hücumunda şübhəli bilinən şəxsi tutub, dindirmək üçün Türkiyəyə aparıb. Xəbəri türk mediası sentyabrın 12-də yayıb.

Anadolu dövlət xəbər agentliyi yazıb ki, Türkiyə vətəndaşı Yusuf Nazik Milli Kəşfiyyat Təşkilatı (MIT) tərəfindən Suriyanın Latakya şəhərində ələ keçirilib.

Onun nə vaxt saxlandığı bəlli deyil.

Nazik Suriya ilə sərhəddəki Reyhanlı şəhərində 53 nəfərin ölümünə səbəb olmuş qoşa partlayışların planlaşdırılması və təşkilində şübhəli bilinir.

Ankara həmin partlayışa görə Suriya prezidenti Bashar al-Assad-ı və ona müttəfiq qrupları suçlayırdı.

Anadolu-nun yazmasına görə, Nazik ilkin dindirmə zamanı hücumun arxasında durduğunu boynuna alıb, onun Suriya rejimi tərəfindən sifariş olunduğunu deyib.

Ancaq onun hansı şəraitdə dindirildiyi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG