Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:22

Azərbaycanda ‘az stres keçirirlər’


Bakı bulvarı, arxiv fotosu
Bakı bulvarı, arxiv fotosu

“Qlobal Emosiyalar Hesabatı 2018” açıqlanıb. Gallup sorğu institutu ötən il 145-dən artıq ölkədə 154 min müsahibə aparıb, adamların gündəlik müsbət və mənfi emosiyalarını öyrənib.

Dünyada müsbət emosiyaların azaldığı üzə çıxıb.

147 ölkədə yetkin yaşlılardan soruşublar ki, sorğudan bir gün öncə beş müsbət emosiyanı yaşayıblarmı. Rəyi soruşulanların azı 70 faizi deyib ki, yaxşıca əyləniblər, bolluca gülüblər, ya da gülümsəyiblər, yaxşı dincəliblər və başqalarının onlara sayqı ilə yanaşdığını hiss edirlər.

Adamlar adətən bir gün öncə nəsə öyrəndiklərini, yaxud maraqlı bir iş gördüklərini az hallarda dilə gətirirlər. Ötən il 46 faiz belə deyib.

Gallup bayaqkı suallara “bəli” cavablarını toplayaraq hər bir ölkə üçün Müsbət Yaşantı İndeksini tərtib edir.

Ən xoşbəxt adamlar Latın Amerikasında yaşayır
Ən xoşbəxt adamlar Latın Amerikasında yaşayır

Dünya üzrə ortalama göstərici artıq ikinci ildir düşür, 69-dur.

Ən müsbət emosiyalı ölkə Paraqvay, mənfi isə Əfqanıstan imiş. Paraqvay 2015, 2016-cı illərdə də liderlik edib.

Ötən il dünyada mənfi emosiyaların çəkisinin isə artdığı üzə çıxıb. 146 ölkədə hər üç adamdan azı biri deyib ki, xeyli narahat olublar (38%), stress keçiriblər (37%). Hər 10 nəfərdən üçü isə böyük fiziki ağrı yaşayıb (31%). Hər beş nəfərdən azı biri kədərlənib (23%), yaxud qəzəblənib (20%).

Ümumilikdə götürəndə, bir il öncəylə müqayisədə narahatlıq və stress səviyyəsinin iki faiz, kədər və fiziki ağrının isə hərəyə bir vahid yüksəldiyi görünür. Qəzəblənmək səviyyəsi dəyişməz qalıb.

Qırğızıstan, arxiv fotosu
Qırğızıstan, arxiv fotosu

Bu sadalanan suallara cavablar əsasında tərtib olunan Mənfi Yaşantı İndeksi ötən il yeni həddə – 30-a yüksəlib.

Ən yüksək indeks Mərkəzi Afrika Respublikasındadır – 61. Ən aşağı neqativ emosiya indeksi (16) Qırğızıstan və Tayvanda qeydə alınıb.

Azərbaycan da neqativ emosiyaların aşağı səviyyədə olduğu ölkələr içində yer alıb. Özbəkistanla birlikdə indeksi 19-dur.

Estoniyanın indeksi 18, Qazaxıstanınkı 17-dir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG