Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:39

Ölkəyə buğda idxalı artıb


Taxıl

«2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 101 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib».

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 12-də yaydığı məlumatda belə yazılır.

Məlumatda bildirilir ki, hesabat dövründə xarici ticarət dövriyyəsi 17 milyard 474.7 milyon ABŞ dolları təşkil edib. Bunda ixracın dəyəri 11 milyard 698.5 milyon dollar, idxalın dəyəri isə 5 milyard 776.2 milyon dollar olub: «Nəticədə 5 milyard 922.3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35.6 faiz, real ifadədə isə 0.7 faiz, o cümlədən ixrac 0.8 faiz, idxal 0.5 faiz artıb».

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracda lider İtaliyaya, idxalda isə Rusiyadır.

DSK təzə meyvə, bitki yağları, üzüm şərabları və pambıq ipliyinin ixracının artdığını bildirir. Təzə tərəvəz ixracı azalıb.

Ancaq buğda idxalının da 17.1 faiz artdığı vurğulanır.

Multimedia

XS
SM
MD
LG