Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:24

Boyunuz 1,7, çəkiniz 87 kilodursa..


Kök qadınlar
Kök qadınlar

Avropada ömür uzunluğu yüksəlir, di gəl, köklük, çəkisi normadan artıq olanların sayının artması bu müsbət tendensiyanı önləyə bilər. Belə bir xəbərdarlıqla sentyabrın 12-də Ümumdünya Səhiyyə Təşkilatı çıxış edib.

Avropanın Səhhəti Hesabatı 53 ölkəni əhatələyir. BMT agentliyi bu regionda sağlıq məsələsinin xeyli fərqləndiyini üzə çıxarıb.

BÜTÜN ÖLKƏLƏRDƏ ARTAN XƏTT ÜZRƏ

Anadan olandan hesablanan orta ömür həddi 2010-cu ildə 76,7 il idisə, 2015-ci ildə 77,8 ilə qalxıb. Qadınlar yenə kişilərdən çox yaşayırlar. Kişilərin orta ömür uzunluğu 74,6 il, qadınlarınkı 81,1 ildir. Ancaq bu fərq getdikcə azalır.

Bəzi ölkələr arasında fərqlər də var. Məsələn İslandiyada kişilər ortalama 81,4 il, Qazaxıstanda 65,7 il yaşayırlar.

“İrəliləyiş hamar getmir, həm ölkələr arasında və ölkələr daxili, genderlər arası, nəsillər boyunca dəyişir”, – ÜST-nin Avropa üzrə direktoru Zsuzsanna Jakab deyib.

16 yaşlı Guang Yue 138 kg kilodur
16 yaşlı Guang Yue 138 kg kilodur

Ancaq direktor həyat tərzinə bağlı risk faktorlarının narahatlıq doğurduğunu sözlərinə əlavə edib:

“Demək olar, bütün üzv ölkələrdə artıq çəki və köklük yüksələn xətt üzrə gedir”, – Londonda açıqlanmış hesabatda vurğulanır.

2016-cı ildə regionda yaşayanların 23,3 faizi aşırı kök olub. Bu, son altı ildə 2,5 faiz artım deməkdir. 58,7 faizin isə çəkisi normadan artıq olub. Bu göstərici 2,8 faiz yüksəlib.

AŞIRI KÖKLÜK NƏDİR

Tendensiyanın Türkiyədə daha qabarıq göründüyü qeyd edilir, burada hər 10 qadından dördü, yəni 39,2 faiz həddən artıq kökdür.

Avropada spirtli içki qəbulu
Avropada spirtli içki qəbulu

ÜST aşırı köklük deyəndə bədən kütləsi indeksi (BMI) 30-dan yuxarı olanları nəzərdə tutur, yəni, məsələn, boyu 1,7 metr olan 87 kilo gəlir.

Hesabatda Avropada siqaret çəkmək və spirtli içki qəbulunun da yüksək səviyyədə olduğu bildirilir. Məsələn, bu regionda yaşı 15-dən yuxarı olanların 29 faizi, Amerika regionu və cənub-şərqi Asiyada isə 24,8 faizi siqaret çəkir.

1990 və 2000-ci illərlə müqayisədə alkoqol qəbulu azalıb. Amma yenə də avropalılar digər regionları hamısından çox içirlər – 2014-cü ildə adambaşına 8,6 litr içki düşüb.

Avropa İttifaqı ölkələri içində ən çox spirtli içkini Litvada içirlər – adambaşına 15,2 litr. İkinci yerdə Çexiya (12,7) daha sonra Belçika (12,6) gəlir.

Hesabatda o da qeyd olunur ki, xərçəng, diabet, respirator və ürək-damar xəstəliklərindən vaxtından qabaq ölüm halları azalıb. Region 2020-ci ilədək bu cür halları ildə 1,5 faiz azaltmağı qarşısına məqsəd qoyub.

2010-2015-ci illərdə belə ölümlərin sayı 9 faiz azalıb, 100 min sakinə 715 nəfərə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG