Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:28

Dövlət başçısı bəzi məktəblərdə olub


İ.Əliyev 227 saylı orta məktəbdə

Bu gün, sentyabrın 12-də yeni tədris ilinin yaxınlaşmasına görə dövlət başçısı İlham Əliyev Bakının bir sıra məktəblərində olub.

AZƏRTAC xəbər verir ki, İ.Əliyev Nizami rayon Keşlə qəsəbəsi 227 saylı, Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 saylı tam orta məktəblərdə və Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bu yaxınlarda da Təhsil Nazirliyi bildirmişdi ki, hazırda Azərbaycanın müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.

Amma ölkənin bir sıra kənd rayonlarında orta məktəblərin binalarının yararsız hala düşməsi ilə bağlı şikayətlər eşidilir. Həmin şikayətlərdə Azərbaycanın bəzi kəndlərində ötən əsrin 60-70-cı illərində tikilib istifadəyə verilən məktəb binalarının hələ də yenilənmədiyi deyilir.

2017-ci ildə açıqlanan statistikaya görə, ölkədə 4 min 500-ə yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Xatırlatma

Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlanır. Bu il sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən 5-günlük iş rejimində çalışan məktəblərdə dərslər sentyabrın 17-dən başlanacaq.

Multimedia

XS
SM
MD
LG