Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 11:44

Ağ ev İrana xəbərdarlıq edir


İraqda təbliğat bilbordu

Birləşmiş Ştatlar İrana Yaxın Şərqdəki obyektlərinə potensial hücumlarla bağlı xəbərdarlıq edib.

Ağ ev sentyabrın 11-də bəyanat verib. Bundan üç gün öncə Birləşmiş Ştatların İraqın Bəsrə şəhərindəki konsulluğuna raket zərbəsi endirilib. Ondan bir gün əvvəlsə Bağdadda ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Zona minaatan atəşinə tutulub.

Heç bir halda itki, zərər qeydə alınmayıb, amma Yaşıl Zonaya hücum son illərdə ilk dəfədir qeydə alınır.

“İran İraqdakı döyüşçüləri vasitəsilə bu hücumların qarşısını almağa cəhd etməyib”, – Ağ ev bəyanatında deyir.

“Birləşmiş Ştatlar hökumətinin obyektlərinə insan itkisi, yaxud ziyanla sonuclanacaq istənilən hücuma görə ABŞ Tehran rejimini məsul tutacaq. Amerikanların həyatlarının müdafiəsindən ötrü Birləşmiş Ştatlar dərhal və qətiyyətlə reaksiya verəcək”, – bəyanatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG