Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:23

Əfqanıstandakı partlayışda ölənlərin sayı 68-ə çatıb


Calalabadda partlayışda yaralananlar

Əfqanıstanda etiraz aksiyasında öldürülənlərin sayı 68-ə çatıb.

Rəsmilərin bildirməsinə görə, sentyabrın 11-də törədilən hücumda 165 nəfər yaralanıb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Ancaq həm Taliban, həm də İslam dövləti qruplaşmaları bu ərazidə fəaldırlar.

2014-cü ildə NATO qüvvələrini Əfqanıstandan çıxarandan hökumət qüvvələri həm Talibanın, həm də İD-in hücumları ilə mübarizə aparmalı olur.

***

Əfqanıstanın cənubunda Nangarhar vilayətində intiharçı hücumu olub, azı 32 nəfər öldürülüb, 140 nəfər yaralanıb.

Sosial mediada yayılan xəbərlərə görə, ölənlərin sayı 30-u keçib. Vilayət rəsmisi Sohrab Qaderi isə azı 45 nəfər ölü və yaralının yerli xəstəxanalara aparıldığını bildirib.

“Reuters” rəsmlərə istinadla azı 22, AP isə 20-dən çox adamın həlak olduğunu yazır.

Hücum yerli polis rəisinə etiraz aksiyası zamanı törədilib.

Hücuma görə məsuliyyəti, hələlik, götürən olmayıb.

Bundan bir neçə saat öncə Calalabad şəhərində qızlar məktəbinin qarşısında qoşa partlayış törədilib, bir oğlan ölüb, dörd nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG