Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:32

AliExpress Russia gəlir


Rusiya hökumətinin AliExpress-də xüsusi layihəsi
Rusiya hökumətinin AliExpress-də xüsusi layihəsi

Çinin elektron ticarət nəhəngi olan Alibaba şirkəti və Rusiyanın Mail.ru texnologiya qrupu Rusiya və keçmiş sovet ölkələrini əhatələyəcək birgə müəssisə yaradırlar.

48 FAİZ ALİBABA-YA MƏXSUSDUR

“Frans Pres” agentliyinin məlumatına görə, tərəflər bunu bu gün – sentyabrın 11-də Rusiyanın uzaq şərqindəki Vladivostok şəhərində iqtisadi forumda elan ediblər. Birgə müəssisəyə Rusiyanın birbaşa investisiya fondu (РФПИ, ingiliscə RDIF ) və MegaFon telekommunikasiya operatoru da qoşulur.

Alibaba və Mail.ru bəyanatlarında bildiriblər ki, “Rusiyanın əsas istehlakçı interneti və elektron ticarət platformaları birləşdiriləcək, Rusiya və MDB ərazisində aparıcı sosial ticarət birgə müəssisəsi yaradılacaq”.

Yeni şirkət AliExpress Russia adlanacaq.

Şirkət səhmlərinin 48 faizi Alibaba-ya məxsus olacaq. 24 faizi MegaFon-un, 15 faizi Mail.ru, 13 faizi RDIF-in olacaq.

ABŞ-ın keçmiş prezidenti Barack Obama (solda) və Jack Ma, 2015-ci il
ABŞ-ın keçmiş prezidenti Barack Obama (solda) və Jack Ma, 2015-ci il

Alibaba şirkəti 1999-cu ildə texnologiya milyarderi Jack Ma tərəfindən yaradılıb. Bu şirkət AliExpress və Tmall platformaları vasitəsilə Rusiyanın elektron ticarətində aparıcı rol oynayır.

“RUSİYA ŞİRKƏTİ OLSUN”

Bunun biz Rusiya şirkəti olmasını istəyirik”, – Alibaba Group-un prezidenti Michael Evans Vladivostokda mətbuat konfransında deyib. O, Çin şirkətinin “təcrübə və texnologiya” gətirdiyini vurğulayıb.

RDIF-in baş direktoru Kirill Dmitriyev-in deməsinə görə, rusiyalı tərəfdaşları birlikdə yeni şirkətin 52 faizinə sahib olacaqlar.

Mail.ru-ya Rusiyanın populyar VK sosial şəbəkəsi də daxildir və sahibi Kremlə yaxın milyarder Alisher Usmanov-dur.

2017-ci ildə yaratdığı Pandao adlı platforma rusiyalı istehlakçılara Çin malları satır.

Usmanov-un adından yayılmış bəyanatda deyilir ki, yeni tərəfdaşlıq “Rusiya iqtisadiyyatının rəqəmsal transformasiyası yönündə vacib addım”dır.

Rusiyanın ən böyük bankı olan Sberbank və Yandex internet şirkəti avqustda elektron ticarət müəssisəsi yaratdıqlarını elan ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG