Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:13

ABŞ-da 2001-ci il terrorunun ildönümüdür


Arxiv fotosu

Amerikalılar 2001-ci il 11 sentyabr terrorunun 17-ci ildönümünü qeyd edir. Nyu Yorkda Ümumdünya Ticarət Mərkəzində və Vaşinqtonda Pentaqonda anım mərasimləri keçiriləcək.

Mərasimlərdə minlərlə adamın iştirakı gözlənir.

Prezident Donald Trump həyat yoldaşı Melania ilə Pensilvaniya ştatına gedəcək. Terror törətmiş dörd təyyarənin dördüncüsü burada qəzaya uğramışdı. Sərnişinlər kabinəyə girib təyyarəyə nəzarəti ələ alandan sonra o, yerə düşmüşdü. Qəzada 40 nəfərin həlak olduğu bildirilir.

Ümumilikdə isə 11 sentyabr hücumlarında 3 minədək adam ölüb. Onların çoxu Ümumdünya Ticarət Mərkəzinin iki qülləsi dağılanda həlak olub.

Bu, Amerika torpağında ən çox ölümə səbəb olmuş terror hücumu sayılır.

Qüllələr dağılanda Menhetten şəhərini bürümüş zəhərli toz dumanı nəticəsində 38 mindən çox adam respirator və digər xəstəliklərə tutulub.

İndi bu ərazidə yeni göydələnlər ucaldılıb, nəqliyyatı habı salınıb, terror qurbanlarına həsr olunmuş böyük muzey qurulub.

XS
SM
MD
LG