Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:17

Metro üçün yarımstansiya tikilir


Metro

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) ayrıca dizellə işləyən generatorla təmin olunan elektrik yarımstansiyası tikilməsi nəzərdə tutulur.

Bu barədə «Bakı Metropoliteni» QSC-dən bildiriblər.

Verilən məlumata görə, layihə üzərində iş gedir.

Yarımstansiya hazırda inşası davam edən, şərti adı «B3» olan metro stansiyasının yaxınlığında yerləşməlidir. Bununla bağlı başqa rəsmi qurumlarla müzakirə aparıldığı bildirilir.

Xatırlatma

2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verdi. Qəza nəticəsində paytaxt Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil olmaqla 39 rayon və şəhərlərdə enerji verilməsində fasilə yarandı. Bu sırada strateji obyekt olan metropolitendə də elektrik kəsintisi yarandı.

İyulun 3-də təkrar elektrik kəsintisi zamanı insanlar hətta tunellərdə qaldılar. O zaman metroda köməkçi stansiyanın olmaması məsələsi gündəmə gəlmişdi.

Multimedia

XS
SM
MD
LG