Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Yaşıl meydanda Azərbaycanla Malta qarşılaşacaq


UEFA Millətlər Liqası

Bu gün, sentyabrın 10-da Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

Azərbaycanın futbol üzrə əsas yığması Ta Qali Milli stadionunda Malta yığmasının qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

D liqasının III qrupunda yer alan komandalar ilk matçlarda fərqli nəticələr göstəriblər. Meydan sahibləri səfərdə Farer adalarına 3:1 hesabı ilə uduzublar. Azərbaycan isə Bakıda Kosovo yığması ilə heç-heçə edib – 0:0.

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir. Çünki 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-nün vəsiqəsi UEFA Millətlər Liqasında əldə edilməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020-nin seçmə mərhələsində əldə ediləcək.

XS
SM
MD
LG