Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:05

Bakını yenə toz bürüyə bilər


Bakı
Bakı

Bu gün, sentyabrın 9-u gecə saatlarından etibarən Bakı və Abşeron yarımadasında havada zəif toz dumanı proqnozlaşdırılır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirilir ki, bu məlumat Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından əldə edilib.

“ Buna səbəb şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir”, məlumatda vurğulanır.
Son həftələr eyni səbəbdən bir neçə dəfə Bakı və Abşeron havasında toz dumanının yarandığı açıqlanıb. Hətta avqustun 30-da Bakıda havada tozun miqdarının normadan 6 dəfə çox olduğu bildirilmişdi.

XS
SM
MD
LG