Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:55

Nazir ABB-nin özəlləşdirilməsindən danışıb


S.Şərifov

«Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsinə olan marağını saxlayır».

«Turan» agentliyinin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov sentyabrın 7-də jurnalistlərə açıqlamasında bildirib.

«AYİB nümayəndələrinin prioriteti Beynəlxalq Bankın yeni biznes-modelinə hazırlıqdır», - nazir qeyd edib. Onun sözlərinə görə, Beynəlxalq Bankın kapitalındakı dövlət payının (51 faiz-R) özəlləşdirilməsində maraqlı olan şirkətlər də var.

Nazir vurğulayıb ki, dövlət payının özəlləşdirilməsindən ötrü bankın strategiyasının hazırlanması məqsədilə məsləhətçi cəlb etmək lazımdır.

ABB-nin özəlləşdirilməsi məsələsi bu günlərdə Nazirlər Kabinetində (NK) də müzakirə edilib. NK sentyabrın 6-da ««Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» prezidentin 3 il əvvəl imzaladığı fərmanın icrasını müzakirəyə çıxarıb.

Xatırlatma

Ötən il ABB 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından (kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi-R) ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. İttihamları qəbul etməyən C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Prezident İlham Əliyev hələ 2015-ci ildə ««Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» fərman imzalamışdı.

«Bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb», - həmin sənəddə bildirilirdi.

Multimedia

XS
SM
MD
LG