Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:54

Bakıda rəqabətədavamlılıq forumu keçirilir


Əllərində heç bir sərmayə olmadan animasiya biznesi quran gənclər
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Əllərində heç bir sərmayə olmadan animasiya biznesi quran gənclər

Bu gün, sentyabrın 7-də Bakıda «Azərbaycan Rəqabətlilik Forumu 2018» işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə keçirilir.

Forumun moderatoru, BCIU-nun vitse-prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticari və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli sayıb.

Forumda çıxış edən baş nazirin birinci müavini Yaqub Eyyubov isə Azərbaycan iqtisadiyyatının mövcud durumundan bəhs edib. O iddia edib ki, ölkədə ciddi islahatlar həyata keçirilir.

Baş nazirin birinci müavini vurğulayıb ki, 2003-2017-ci ildə bütün mənbələrdən Azərbaycana 236 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

Y.Eyyubov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Onun deməsinə görə, bu dövrdə ümumi daxili məhsul (ÜDM) 3.6 dəfə artıb.

Jurnalistlərə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, forumda təmsil olunan 200-dən çox şirkətin ümumi dövriyyəsi 30 trln. ABŞ dollarından çoxdur.

Multimedia

XS
SM
MD
LG