Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:15

Vaşinqton Pakistanla münasibətləri ‘yenidən qurmaq’ istəyir


Mike Pompeo

ABŞ-ın dövlət katibi Mike Pompeo deyir ki, bu həftə Pakistanın yeni baş naziri Imran Khan-la görüşündə bu ölkəylə gərgin münasibətləri “yenidən quracağına” ümid edir.

Pompeo Pakistana səfəri zamanı təkcə Birləşmiş Ştatların daimi tənqidçisi olan Khan-la görüşməyəcək. Onun sentyabrın 5-də İslamabadda ordunun nüfuzlu rəhbəri general Qamar Javed Bajwa ilə də görüşəcəyi gözlənir.

Pompeonu səfərdə ABŞ baş qərargah rəisi, general Joseph Dunford müşayiət edəcək.

Bu il prezident Donald Trump administrasiyası Pakistana hərbi yardımı kəsib, Pakistanın Əfqanıstanla sərhəddə yaraqlı qrupların məhvi üçün yetərincə səy göstərmədiyini bildirib.

Birləşmiş Ştatlar Əfqanıstan Talibanının liderlərinin Pakistana sığındığını deyir, İslamabad bu iddiaları rədd edir.

Pentaqon bu həftə elan edib ki, 300 milyon dollarlıq yardımın dayandırılması üçün yekun addımlar atılır. Bundan öncə 500 milyon dolların ayrılması dayandırılıb.

XS
SM
MD
LG