Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:04

ABŞ-ın Azərbaycanda yeni səfiri kim olacaq


Earle D. Litzenberger, arxiv fotosu

ABŞ prezidenti Donald Trump Earle D. Litzenberger-in Azərbaycana səfir postuna namizədliyini verəcək. Bu barədə Ağ ev məlumat yayıb.

Cənab Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. O, Xarici Xidmətdə çalışarkən Almaniyanın Marshall Fondunun aparıcı əməkdaşı, Birləşmiş Ştatların NATO-dakı missiyasının rəhbər müavini olub.

Bundan başqa Litzenberger NATO-nun Əfqanıstanda üzrə aparıcı mülki təmsilçisinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb.

Bundan öncə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta idi.

XS
SM
MD
LG