Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Ermənistanda fermerlər üzümün ucuz alınmasına etiraz edirlər


Ermənistanda üzümçülərin etiraz aksiyası, arxiv fotosu
Ermənistanda üzümçülərin etiraz aksiyası, arxiv fotosu

Ermənistanın qərbində fermerlər paytaxt Yerevana gedən magistral yolu bağlayıb. Onlar araqçəkənlərin onlardan üzümü daha baha qiymətə almasını tələb edirlər.

Sentyabrın 4-də səhər baş verən etiraz aksiyası nəqliyyatın hərəkətini iflic edib.

Regiondakı fermerlərin Yerevan Konyak Şirkəti ilə müqavilələri var.

KİLOSU 25 SENTƏ

Onlar şikayətlənirlər ki, şirkətin yerli filialı bu il üzümün kilosunun qiymətini 4 sent azaldıb.

Ancaq fermerlər 2018-ci ildə istehsal xərclərinin artdığını, kiloya görə hazırda ödənilən 25 sentin onları qane etmədiyini deyirlər.

Onların deməsinə görə, bu qiymətə yalnız məhsulun becərilmə xərci daxildir və onlara qazanc qalmır.

“Gübrələrin, benzinin qiyməti artıb. Onlar alış qiymətini necə təyin etdiklərini izah etmirlər. Bu gün bir qiymət qoyurlar, sabah onu aşağı salırlar”, – bugünkü etiraz aksiyasına qatılmış bir fermer AzadlıqRadiosuna deyib.

Ermənistanın qərbindəki Armavir vilayət başçısının müavini Gagik Gabrielian isə radionun erməni xidmətinə deyib ki, spirtli içi şirkətləri üzümün qiymətini onun keyfiyyəti və miqdarına uyğun təyin edirlər.

Üzümün ucuzlaşması özəlliklə Armavir regionunda fermerlər üçün təkrarlanan problemə çevrilib.

Bəzən şirkətlər satışın azalmasını əsas gətirərək alışın həcmini də kiçildirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG