Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Krımda tatar fəallar saxlanıb


Zarema Kulametova

Ukraynanın Rusiyanın ilhaqı altında olan Krım yarımadasında tatar fəalın ailə üzvləri saxlanıb. Məlumatı Ukraynanın insan haqları qrupları yayıb.

Fəal Zarema Kulametova-nın qohumları sentyabrın 4-də onun Starıy Krım şəhərindəki evində axtarış zamanı saxlanıblar. Məlumatı yayan Krım Həmrəyliyi təşkilatının həm Krımda, həm də Ukrayna hökumətinin nəzarətində olan ərazidə üzvləri var.

Kulametova-nın həyat yoldaşı Zekkiy və qızları Riana axtarışı aparan polislə mübahisə edəndən sonra aparılıblar.

Riana Kulametova bundan öncə, sentyabrın 4-də AzadlıqRadiosuna deyib ki, Rusiyanın qurduğu hakimiyyət onun anasını yerli parkda polis əməkdaşını təhqir etmək ittihamıyla saxlayıb. O, apreldə ona kəsilmiş icbari iş hökmünü icra edirmiş.

AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, hərbi geyimli maskalılar sentyabrın 4-də başqa bir tatar fəal Marlen Mustafayevin də evində axtarış aparıb. Axtarışın səbəbi izah olunmayıb.

İnsan haqları qrupları və Qərb hökumətləri Krımdakı Rusiya hakimiyyətinin yerli tatar icmasını hədəfə aldığını bildirir.

XS
SM
MD
LG