Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:02

AÇG-dən Neft Fonduna 6 milyard…


Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondu (DNF) 2001-ci ilin əvvəlindən bu il sentyabrın 1-dək «Azəri-Çıraq-Günəşli» (AÇG) neft-qaz yataqları blokundan ümumilikdə 135 milyard 142 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə DNF-dən bildirilib.

Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 6 milyard 656 milyon dollar vəsait daxil olub.

Bu ilin ilk 8 ayında Neft Fondunun «Şahdəniz» yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 115 milyon dollar təşkil edib.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb.

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Onda BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8.0006 faiz), «ONGC Videsh Limited» (2.72 faiz), «Inpex» (10.96 faiz), «Itochu» (4.3 faiz), SOCAR (11.65 faiz), «Statoil» (8.56 faiz) və TPAO (6.75 faiz) pay sahibi idi.

Bu blok üzrə 2017-ci ildə saziş yenilənərək 2050-ci ilə kimi uzadılıb. Bu dəfə BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited (OVL)» - 2.31 faiz paya yiyələniblər.

Multimedia

XS
SM
MD
LG