Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 10:20

İlham Əliyev: “Rusiya  tarixi tərəfdaşımız və dostumuzdur”


Aliyev Putin
Aliyev Putin

“Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır”

Bunu Rusiya prezidenti Vladimir Putin bu gün, sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata açıqlamasında deyib:
O vurğulayıb ki, mövcud danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək.

"Azertag" xəbər verir ki, ikitərəfli iqtisadi əlaqələrə toxunun V. Putin deyib ki, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb:
“ Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir”

V. Putin Qarabağdan nə dedi?

Rusiya prezidenti vurğulayıb ki, onlar beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi də aparıb.
“ Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya ( Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Rusiya, ABŞ və Fransa qrupda həmsədr ölkələrdir-red.) bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”, deyə, o qeyd edib

Prezident İlham Əliyev isə deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir.

İlham Əliyev də görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini ifadə edib.

O deyib ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri işğalı altındadır:
“ Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”

Azərbaycan prezidenti deyib ki, bu gün, sentyabrın 1-də iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb.

İlham Əliyev : “Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir”

“Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”

İlham Əliyev humanitar məsələlərdən da danışıb. O vurğulayıb ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir.

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri bu gün, sentyabrın 1-də başlanıb. Bu səfər çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair ümumilikdə 16 sənəd imzalanıb.

XS
SM
MD
LG