Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:04

Nazirlər Nyu-Yorkda görüşəcək


Brüssel görüşü

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-da görüşəcəkləri gözlənir.

«Turan» agentliyinin məlumatına görə, bu haqda bu gün, avqustun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, XİN başçıları Elmar MəmmədyarovZohrab Mnatsakanyanın görüşü BMT Baş Assambleyasında baş tutacaq. Nazirlər sentyabrın 18-də Nyu-Yorkda açılışı olacaq sessiya (Sülh və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi sessiya sentyabrın 25-nə kimi davam edəcək) çərçivəsində görüşməlidirlər.

H.Hacıyev deyib ki, nazirlər danışıqlar masasında olan gündəlik əsasında Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bundan əvvəl ötən ay, iyulun 11-də Brüsseldə görüşmüşdülər. Həmin görüşün 4 saata yaxın davam etdiyi bildirilirdi.

İki nazir arasındakı həmin görüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Sxoferin (ABŞ) vasitəçiliyi ilə gerçəkləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG