Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

İ.Əliyev Gürcüstanın baş naziri ilə görüşüb


M.Baxtadze və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyevin avqustun 30-da Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə prezident İ.Əliyev deyib ki, Azərbaycan və gürcü xalqı əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayırlar: «Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır… Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir».

M.Baxtadze isə öz növbəsində deyib ki, bundan əvvəl «Gürcüstan Dəmir Yolları» Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olub: «Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin, milyard dollara çatsın. Lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik».

Gürcüstan baş naziri M.Baxtadze avqustun 29-da Azərbaycana gəlib. Onun Azərbaycanda daha bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG