Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:16

Bakıda tozun miqdarı artır


Bakını toz basıb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:51 0:00

Bakını toz basıb. Video arxiv

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı saat 13:00-a olan məlumatını açıqlayıb.

Bu məlumatda Bakıda tozun miqdarının getdikcə artdığı bildirilir.

«Monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının bir qədər də artaraq sanitar normadan 5.4 dəfə yuxarı olduğu qeydə alınıb», - açıqlamada vurğulanıb.

Bakıda toz normadan 3 dəfə çoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçdiyini bildirir.

Qurum avqustun 30-u saat 10-00-a olan məlumatını açıqlayıb: «Havanın keyfiyyətini ölçən avtomatik, stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb».

Nazirlik xatırladır ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Türkmənistandan toz Azərbaycana gəlib

Ölkədə tozun miqdarı sanitar normadan artıqdır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələri ilə bağlı bu gün, avqustun 30-da yayılan məlumatda bildirilir.

«Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 30-u səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb», - açıqlamada yazılıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG