Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

İran nüvə sazişindən ‘çıxa bilər’


Ali Khamenei (ortada) prezident və hökumətlə görüşür
Ali Khamenei (ortada) prezident və hökumətlə görüşür

İranın ali dini lideri ayətulla Ali Khamenei xəbərdarlıq edir ki, nüvə sazişi ölkəsinin maraqlarına cavab verməsə, ondan çıxa bilərlər. Khamenei avqustun 29-da danışıb.

Birləşmiş Ştatlar mayda İranla 2015-ci il sazişindən çıxdığını elan edib. Sazişin aradan qaldırdığı sanksiyalar isə bu ayın əvvəlindən bərpa olunub.

Avropa ölkələri Tehranın nüvə silahı hazırlamasını önləməyi hədəfləyən sazişi xilas etməyə çalışırlar.

Khamenei-nin rəsmi səhifəsi ona istinadla yazır ki, İran nüvə sazişini qurtarmağa çalışan Avropa ölkələrindən “ümidini üzməlidir”.

“SAZİŞ VASİTƏ DEYİL”

Nüvə sazişi vasitə deyil, məqsəddir və əgər onun milli maraqlarımıza cavab vermədiyi qənaətinə gələriksə, ondan çıxa bilərik”, – Khamenei prezident Hassan Rohani və hökumət üzvləri ilə görüşündə deyib.

Bu ay bərpa olunmuş sanksiyalar İranın avtomobil sənayesini, qızıl və digər qiymətli metallarla ticarətini, neft ixracını və digər qlobal ticarəti dəstəkləməkdən ötrü ABŞ dollarları almasını hədəfləyib.

Noyabrda qüvvəyə minəcək əlavə sanksiyalar İranın bank sektoruna və neft sənayesinə məhdudiyyətlər qoyacaq.

Sanksiyalar artıq ölkə iqtisadiyyatına təsirini göstərib. Rial xeyli ucuzlaşıb, İranda küçə etirazları başlanıb.

Amma Khamenei bir daha deyib ki, Tehran “ədəbsiz” ABŞ rəsmiləri ilə nüvə proqramı üzrə yeni razılaşma əldə etmək üçün heç bir səviyyədə danışıq aparmayacaq.

Ali dini lider hökuməti ölkənin iqtisadi çətinliklərinin həllindən ötrü “gecə-gündüz” işləməyə çağırıb.

İqtisadi sahədə güclü olmalıyıq... Məmurlar problemləri həll etmək üçün gündüzü də, gecəni də işləməlidirlər”, – Khamenei deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG