Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Telegram bəzi məlumatları hakimiyyətə verə bilər


Moskvada Telegram-a dəstək aksiyası, 30 aprel, 2018-ci il
Moskvada Telegram-a dəstək aksiyası, 30 aprel, 2018-ci il

Telegram messenceri qaydaları dəyişib və bundan sonra terrorçuluqda şübhəli bilinənlərin telefon nömrələrini və IP ünvanlarını xüsusi xidmət orqanlarına verə bilər. Amma bundan ötrü məhkəmə qərarı olmalıdır.

Konfidensiallıq siyasəti bölümündə qeyd olunur ki, əvvəllər oxşar informasiyanı heç vaxt xüsusi xidmətlərə verməyiblər. Ancaq messencer yazışmaları və mesajların şifrələmə açarlarını təqdim etməyəcəyini bildirir.

“Agora” hüquq-müdafiə təşkilatının hüquqşünası Pavel Chikov qeyd edib ki, messencerin siyasətindəki dəyişikliklər FSB-nin Telegram-a qarşı istintaq işinin nəticəsidir, amma bunun hakimiyyətlə danışıqların nəticəsi saymaq olmaz. Chikov vurğulayıb ki, messencer rəhbərliyi terrorçuluqla çoxdan mübarizə aparır.

Pavel Chikov
Pavel Chikov

Avqustun 9-da Rusiya Ali Məhkəməsi FSB-nin sərəncamının ləğvindən imtina edib. Həmin sərəncama görə, Telegram xüsusi xidmətin ilkin tələbinə uyğun olaraq istifadəçilərin mesajlarının şifrələmə açarlarnı təqdim etməlidir.

Telegram rəhbərliyi isə Rusiya Konstitusiyasına söykənərək bu tələbi yerinə yetirməkdən imtina edir. Konstitusiya yazışmaların, telefon söhbətlərinin, poçt, teleqraf və digər məktublaşmaların gizliliyinə zəmanət verir. Məhkəmədə isə şirkətin arqumentlərini “əsassız” adlandırıblar.

Telegram-ın imtinası onun Rusiya ərazisində bloklanmasıyla sonuclanıb. Bu il aprelin 16-dan messenceri bloklamağa çalışırlar. Telegram artıq fasilələrlə işləməyə başlayıb. Mediascope tədqiqat şirkətinin məlumatına görə, messencer Rusiyadakı auditoriyasının beşdə birini itirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG