Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

Trump-McCain ədavətinin xronikası


Donald Trump
Donald Trump

Mərhum senator John McCain prezident Donald Trump ilə bir partiyanın üzvü idi, amma demək olar, bütün məsələlərdə əks mövqedə dururdular. AzadlıqRadiosunun rus xidməti yazır ki, onların qarşıdurması təkcə iki siyasi mədəniyyətin deyil, amerikan ideal və dəyərlərinin dərkinin ziddiyyəti idi.

2015-ci ilin iyununda prezidentlik kampaniyasına yeni başlayan Donald Trump Meksika ilə sərhəddə keçilməz sədd ucaltmaq, qanunsuz immiqrasiyanı bu yolla önləmək vədi verir.

“ONU HEÇ VAXT SEVMƏMİŞƏM”

Arizona sərhəd ştatından olan John McCain isə elə o zaman namizədin fikrilə razı olmadığını deyir. Namizəd senatoru səriştəsizlikdə və immiqrasiya məsələsində zəif mövqe tutmaqda suçlayır. Senator cavabında deyir ki, namizəd öz çıxışları ilə “ağılsızları coşdurur”. Namizəd üzrxahlıq tələb edir, “Mühazirəyə ehtiyacım yoxdur” başlıqlı məqalə dərc etdirir.

***Buna da bax: Keçmiş əsir, sərt tənqidçi, açıqsözlü McCain... Senatora nekroloq

Bir neçə gündən sonra Donald Trump John MacCain-i qəhrəman hesab etmədiyini bildirir. McCain Vyetnamda döyüşüb, beş il yarım əsirlikdə qalıb. O, McCain prezidentlik uğrunda mübarizə apararkən onun üçün milyon dollar yığdığını deyib. “Böyük pul idi. Onu dəstəklədim, amma uduzdu və bizi pis vəziyyətdə qoydu. Onu heç vaxt sevməmişəm, çünki uğursuzları sevmirəm”, – o deyib.

John McCain Ukraynada çıxış edir, 2013-cü il
John McCain Ukraynada çıxış edir, 2013-cü il

Əslində isə, John McCAin 2008-ci ildə prezidentlik yarışına girəndə Trump demokratlara respublikaçılara ayırdığından üç dəfə çox pul ayırıb.

Senator McCain isə 2016-cı ilin mayında Trump praymeriz seçkisini udanda və respublikaçıların vahid namizədinə çevriləndə onu dəstəkləyib. O, partiyadaşlarını seçicilərin iradəsinə tabe olmağa səsləyib.

HƏLLEDİCİ SƏS

Bundan sonra senatorla namizəd arasında istiləşmə yaranıb, ta oktyabradək. Onda Trump-ın qadınlar haqda nalayiq sözlər işlətdiyi səsyazısı yayılanda McCain namizədə dəstək bəyanatını geri götürdü.

O vaxtdan tərəflər arasında qiyabi duel praktik olaraq bitmədi. Senator öz müstəqilliyi, möhkəmliyi ilə prezidenti qıcıqlandırırdı. Prezident isə mürəkkəb problemlərin həllinə kavalersayağı yanaşma sərgiləyirdi. Prezident yeddi müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a getməsini qadağan edən fərman imzalayanda respublikaçı senatorlar McCain və Lindsay Graham birgə bəyanat verərək bu fərmanı “terrorçuluqla mübarizədə ziyanlı” adlandırıb.

John McCain beyin əməliyyatından cəmi iki həftə sonra Senatın iclasına qatılır, prezidentin tibbi sığorta islahatı barədə qanun layihəsinin əleyhinə səs verir. Bu səs həlledici olur və layihə birinci oxunuşda ertələnir.

Senator McCain Trump-ın “Rusiyayla məsələləri yoluna qoymaq” metodlarını bəyənmir. O, demokrat Ben Cardin-lə birlikdə “Magnitsky qanunu”nu yaradır. Sanksiyalar haqda son qanun layihəsində də McCain-in imzası var. O, prezidentin Helsinkidə rusiyalı həmkarı Vladimir Putin-lə görüşdəki davranışını kəskin tənqid edir, onu “Amerika tarixində ən biabırçı görüşlərdən” sayır.

Senator Arizona ştatında anılır
Senator Arizona ştatında anılır

STANDART BAŞSAĞLIĞI

John McCainin beyin xərçəngindən vəfatı prezidenti onun ailəsinə başsağlığı verməyə məcbur edib. O, Twitter və Instagram-da başsağlığı mətnləri yerləşdirir. Amma bu mətnlərdə şəxsi heç bir fikir yoxdur, standart ifadələrdən ibarətdir:

“Senator John McCAin-in ailəsinə dərin başsağlığı və hörmətimi bildirirəm. Onlarla birlikdə kədərlənir və dua edirik!”

Bazar ertəsi jurnalistlər prezidentdən senatorun ölümü haqda soruşublar. Donald Trump susub, üz-gözünü turşudub və əllərini sinəsinə qoyub.

“Aramsız dalğa” adlı son kitabında John McCAin həyatla vidalaşır. O, artıq diaqnozundan xəbərdar idi. Senator dünyanın yaxşı yer olduğunu, ondan ötrü savaşmağa dəydiyini, onu tərk etmək istəmədiyini yazır:

Amma heç bir şikayətim yoxdur. Səyahət baş tutdu. Böyük ehtirası tanıdım, heyrətamiz möcüzələr gördüm, müharibədə savaşdım, dünyaya kömək etdim. Çox yaxşı yaşadım, ancaq indi zənglər mənim üçün çalınır. Hamınıza böyük macəralar, mənimki kimi xoşbəxt həyat arzulayıram”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG