Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Bu gündən Rusiyaya yeni sanksiyalar qüvvəyə minir


Moskvada valyutadəyişmə məntəqəsi
Moskvada valyutadəyişmə məntəqəsi

Avqustun 27-dən Birləşmiş Ştatların Rusiyaya yeni sanksiyaları qüvvəyə minir. Bu sanksiyalar martda Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsinə görə qoyulub.

Sanksiyalar bu ayın əvvəlində açıqlanmışdı. Birləşmiş Ştatlar bildirmişdi ki, Rusiya hökuməti Sergej və Yulia Skripalları “qətlə yetirmək” üçün sinir qazından istifadə edib.

Skripallar martın 4-də İngiltərənin Solsberi şəhərindəki skamyada huşsuz tapılıblar. Onlar xəstəxanada bir neçə həftə müalicə alandan sonra buraxılıblar.

İKİNCİ PAKET 90 GÜNDƏN SONRA QOYULACAQ

Ata-balanın Noviçok adlı hərbi dərəcəli kimyəvi silahla zəhərləndiyi bildirilir. Bu silah Sovet İttifaqı dövründə hazırlanıb və Qərb hücuma görə Rusiya prezidenti Vladimir Putin hökumətini ittiham edib. Rusiya ittihamları rədd edib.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

ABŞ Dövlət Departamentinin məlumatına görə, təcili humanitar durumlar istisna olmaqla Rusiyaya yardım, bəzi silahların satışı və maliyyələşdirmə dayandırılacaq, Birləşmiş Ştatlardan kredit və digər maliyyə yardımı əldə etməyə məhdudiyyət qoyulacaq, Rusiyaya məhdudlaşdırılmış mal və texnologiyanın ixracı qadağan olunacaq.

Sanksiyaların ikinci paketi 90 gündən sonra qoyulacaq. O vaxtadək Rusiya Kimyəvi Silahların Qadağanı Təşkilatının müfəttişlərini ölkəyə buraxmalı, onlar kimyəvi silahların mövcud olmadığını təsdiqləməlidirlər. Əks halda, sanksiyalar gözlənir.

Moskva tələbləri rədd edib, Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar iki ölkə arasında gərginliyi artıracaq.

Rusiya hərbi kəşfiyyat agentliyinin keçmiş polkovniki olan Sergei Skripal 2006-cı ildə vətənə xəyanətdə təqsirli bilinib, Britaniya üçün casusluqda suçlu sayılıb.

Rusiya onu 2010-cu ildə qərblə casus dəyişdirilməsi zamanı azad edib.

Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Rusiyanın Qərblə münasibətləri pisləşib. Suriyada və Ukraynanın şərqindəki münaqişələrə dəstək, Birləşmiş Ştatlar və Avropada seçkiyə müdaxilə iddiaları durumu daha da qəlizləşdirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG