Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

Rusiyada ksenofobiya kəskin artır


Rusiyada qırğız miqrant fəhlə
Rusiyada qırğız miqrant fəhlə

Son bir ildə Rusiyada ksenofobiyanın səviyyəsi kəskin artıb. Getdikcə daha çox rusiyalı başqa millətlərdən olanların bu ölkədə yaşamasını istəmirlər. Bu haqda “Vedomosti” qəzeti “Levada” sorğu mərkəzinə istinadla yazır.

“Arzuolunmaz” etnosların reytinqinə qaraçılar başçılıq edir – 32 faiz. Ötən il rəyi soruşulanların cəmi 17 faizi onlara mənfi münasibətdə olduğunu açıqlamışdı.

Respondentlərin 31 faizi çinliləri, 26 faizi isə vyetnamlıları “arzuolunmaz” adlandırıb. Ötən il bu rəqəmlər uyğun olaraq 15 və 12 faiz idi.

Etnofobiya ümumilikdə 12 faiz yüksəlib, amma bu və ya digər ‘qeyri-rus’ mövqeyi tutanların sayı 1,5 dəfə artıb”, – Levada mərkəzinin sosioloqu Karina Pipiya deyib. Onun fikrincə, ksenofobiyanın güclənməsini kollektiv narazılıq yaratmış səbəblərlə bağlamaq olar – pensiya islahatları, istehlakçı və sosial durumun pisləşməsi bu sıradadır.

SƏBƏBLƏR

“Rusiya ruslar üçündür” ideyasını dəstəkləyənlərin sayı 10 faizdən 19 faizə yüksəlib. Bu mövqe 2014-cü ildə azalmışdı.

Rusiyadan pensiya yaşının qaldırılmasına etirazlar
Rusiyadan pensiya yaşının qaldırılmasına etirazlar

Respondentlərin üçdə birindən çoxu ayrıseçkilik qoyan ev və iş elanların müsbət yanaşır. Moskvadakı respondentlərin 63 faizi belə düşünür.

Hökumət miqrant axınını önləməlidir. Bu cür düşünən respondentlərin sayı 58-dən 67-yə yüksəlib.

***Buna da bax: Putinin reytinqi niyə düşür

Pipiya-nın fikrincə, narazılığın artmasını ictimai-siyasi kontekstdə, hökumətə münasibətdə də izah etmək olar. Belə ki, bu ilin yayında futbol üzrə dünya çempionatı fonunda ABŞ və Avropa İttifaqı ilə münasibətlər nisbətən yaxşılaşıb. 2014-2017-ci illərdə xarici siyasətdəki ksenofobiya etnik ksenofobiyanı sıxışdırmışdı. İndi isə Qərbə neqativ münasibəti yenə də etnik azlıqlara ksenofobiya əvəzləyir.

“Sova” mərkəzinin direktoru Alexandre Verkhovskiy deyir ki, ksenofob əhval-ruhiyyənin güclənməsi gözlənən iqtisadi çətinliklərlə bağlıdır. Onun fikrincə, rusiyalıların problemlərini yönəltməyə iki ənənəvi mənbəyi var – qərb və miqrantlar:

1990-cı illərdə günahkar hökumət idi, amma günahı Vladimir Putinə yükləmək olmaz, axı. Bəlkə, bunun baş verməsi üçün prezidentin populyarlığı çox düşməlidir, bəlli deyil”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG