Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:56

Xarici valyutada problemli kreditlər artıb


Dollar

Azərbaycanda banklar və maliyyə-kredit təşkilatlarının xarici valyutada verdikləri kreditlərin xüsusi çəkisinin artdığı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, bu haqda Azərbaycan Mərkəzi Bankının (MB) maliyyə hesabatında bildirilir.

Agentlik bildirir ki, MB-nin məlumatına görə, iyulun 1-nə xarici valyutada verilən kreditlərin 909 mln. manatının, yaxud 19.4 faizinin vaxtı keçib.

Əvvəlki ayla müqayisədə xarici valyutada verilən vaxtı keçmiş kreditlərin həcminin 3.6 faiz və ya 31.3 mln. manat artdığı vurğulanır.

Son rəsmi statistik məlumatlarda ümumilikdə problemli kreditlərin 1.8 milyard manata yaxınlaşdığı bildirilir.

2015-ci ildə manat iki dəfə devalvasiyaya məruz qalıb. Nəticədə milli valyuta dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra problemli kreditlər mövzusu aktuallaşıb.

Multimedia

XS
SM
MD
LG