Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:46

Ukrayna ‘Rusiya imperiyası ilə bütün əlaqələri kəsib’


Petro Poroshenko paradda
Petro Poroshenko paradda

Ukrayna prezidenti Petro Poroshenko ölkənin müstəqillik günündə Kiyevdə hərbi paradda elan edib ki, “Rusiya imperiyası və Sovet İttifaqı ilə bütün əlaqələr kəsilib”.

Poroshenko avqustun 24-də onu da deyib ki, Ukrayna Rusiyanın “Ukraynadakı hibrid müharibəsinə xeyir-dua verən” Rusiya Pravoslav Kilsəsi ilə də bütün əlaqələri kəsməlidir.

Bizim nəslin ən böyük məqsədi müstəqilliyimizi möhkəmləndirmək, Ukraynanı güclü və böyük dövlətə çevirməkdir, onun Rusiyanın təsir zonasına qayıtmasına imkan verməməkdir”, – Poroshenko vurğulayıb.

HƏRBİ SALAMLAŞMA DƏYİŞİR

Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması ordumuzun güclənməsi, dilimizin qorunması, Avropa İttifaqı və NATO-ya birləşmək uğrunda mübarizəmiz qədər vacibdir. Bu, tarixi yolumuzun daha bir hədəfidir, müstəqilliyimizin vacib komponentidir”, – o deyib.

Kiyevdə parad
Kiyevdə parad

Paradda 4 min 500 hərbçi, 250 zirehli maşın, 300 xarici əsgərdən ibarət 18 nümayəndə heyəti iştirak edib. Ukrayna silahlı qüvvələrinin qadın üzvləri də mərasimə qatılıb.

Ukraynanın müdafiə naziri Stepan Poltorak hərbçiləri “Ukraynaya eşq olsun!” deyə salamlayıb. Əsgərlər cavabında “Qəhrəmanlara eşq olsun!” deyiblər.

Poltorakın salamlaşması 2-ci Dünya Müharibəsi dövründə Ukraynanın millətçi əsgərləri tərəfindən istifadə olunurdu.

Poroshenko elan edib ki, bu ifadənin Ukraynada rəsmi hərbi salamlaşması elan olunmasına dair qanunvericilik qəbul etməyi parlamentə təklif edəcək.

Ukrayna 1991-ci il avqustun 24-də, Sovet İttifaqının rəsmən dağılmasından dörd ay öncə müstəqilliyini elan edib.

2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin qərbindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Kiyevlə Moskvanın münasibətləri pisləşib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG