Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:43

Angela Merkelin Bakı görüşləri


A.Merkel Tbilisidə

Almaniya kansleri Angela Merkel sabah, avqustun 25-də Azərbaycana gələcək.

«Turan» agentliyinin məlumatına görə, A.Merkel Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

A.Merkel Bakıda ikitərəfli və Azərbaycan-Avropa İttifaqı (Aİ) arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etməlidir. Danışıqlar zamanı Avropaya enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olmalıdır.

Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur.

Bundan əlavə, onun insan hüquqları, demokratiya və qanunun aliliyi məsələlərinə də toxunacağı bildirilir.

A.Merkelin həmçinin, Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunacağı gözlənir.

Daha sonra A.Merkelin 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda qətlə yetirdiyi və Qarabağ müharibəsində həlak olan insanların dəfn olunduğu «Şəhidlər Xiyabanı»nı ziyarət edəcəyi də bildirilir.

Verilən məlumata görə, günün ikinci yarısında Merkel işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masada iştirak edəcək.

Həmin tədbir başa çatdıqdan sonra Almaniya kanslerinin Berlinə yola düşəcəyi bildirilir.

A.Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri avqustun 23-də başlayıb.

Multimedia

XS
SM
MD
LG