Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 11:55

'Qarabağ' uduzdu, Azərbaycan bir pillə gerilədi


UEFA

Qitənin futbol qurumu UEFA klub əmsalları üzrə ölkələrin reytinqini açıqlayıb.

18.250 xala malik Azərbaycan 1 pillə geriləyərək, 26-cı mövqedə qərarlaşıb.

Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan «Qarabağ»ın Moldovada «Şerif» klubuna 1:0 hesabı ilə uduzması ölkənin mövqeyinə də mənfi təsir edib.

Siyahıya İspaniya yığması başçılıq edir. İkinci yeri İngiltərə, üçüncü yeri isə İtaliya yığması tutur.

XS
SM
MD
LG