Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Bakıda ilk dəfə beynəlxalq animasiya festivalı keçiriləcək


Azerbaijani Animation
Azerbaijani Animation

Oktyabrın 19-21-də Bakıda ilk dəfə olaraq beynəlxalq animasiya festivalı keçiriləcək.

Birinci Bakı Beynəlxalq Animasiya Festivalının Münsiflər Heyətinin tərkibi də elan edilib.

Münsiflər Heyəti Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarətdir.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti: animasiya filmləri ssenarilər üzrə heyət dəyərləndirəcək.

Bundan əlavə, hər bir tamaşaçı, tamaşaçı səsverməsində iştirak etməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

Buna da bax: ''Milli animasiya uşağın ana dilinə olan sevgisini artırır''

Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl qayıq” mükafatının verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissor-animatorunun adı hələ ki, sirr olaraq saxlanılır.

Münsiflər Heyətinin üzvləri həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. Tanınmış Azərbaycan rejissoru Elçin Hami Axundov uşaqlar üçün kağız gəlinciklərin hazırlanması üzrə “Ustad dərsi” keçirəcək, Rusiya rejissoru Cahangir Süleymanov öz filmlərini təqdim edəcək və rejissorluğun sirlərindən danışacaq, Ketevan Canelidze və Məhəmməd Qazala gürcü və Misir animasiyalarının retrospektivlərini aparacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG