Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:24

''Milli animasiya uşağın ana dilinə olan sevgisini artırır''


"Biz Azərbaycan animasiyasının tarixini gələcək nəsillər üçün qoruyub saxlamaq istəyirik"

''Azərbaycan animasiyası" kitabının məqsədi Azərbaycanda və xaricdə animasiya sənətini təbliğ etməkdir. Biz Azərbaycan animasiyasının tarixini gələcək nəsillər üçün qoruyub saxlamaq istəyirik. Kitab rəssamlar, rejissorlar, animatorlar, yazıçılar, incəsənət məktəblərinin tələbələri və sənətlə maraqlanan digər insanlarda böyük maraq oyadacaq. Kitabın rəngli şəkilləri və rahat anlaşılan dili uşaqlar üçün maraqlı olacaq.''

Praqada Səhnə Sənətləri Akademiyasının məzunu olan Rəşid Ağamaliyev əlavə edib ki, Azərbaycan dilində animasiya və cizgi filmlərinin çəkilməsi uşaqların dili öyrənməyə qarşı olan maraqlarını daha da artıracaq.

'' Müasir dünyada animasiya uşağın bütövlükdə inkişafı üçün mühüm amildir. Bu gün uşaqlarımız xarici cizgi filmlərini seyr edirlər. Belə ki, milli animasiya uşağın ana dilinə olan sevgisini artırır, onu xalq hekayələri ilə tanış edir və milli kimliyinin inkişafına kömək edir.''

Rəşid Ağamalıyev əlavə edib ki, toplam 14 nəfər Azərbaycan və Avropa kinoşünasının səyi və tədqiqatları nəticəsində hazırlanan bu kitabda Azərbaycan animasiyasında çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə yer alır.

'' Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 12 Azərbaycan və Avropa kinematoqrafçısı və kino eksperti, animasiya mütəxəssisləri ilə məsləhətləşərək 19 rəngli məqalə hazırlamışlar. Kitabın üslubu ümumi oxucu və film tənqidçiləri üçün aydın və maraqlıdır. Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olar. Gələcəkdə kitabın ingilis, ərəb, çex və fransız dillərində çap olunması planlaşdırılır.''

Kitabın çap olunması üçün artıq 7 aydan çox ianə kampaniyasına başlayan cənab Ağamalıyev ümid edir ki, oktaybr ayında keçirəcəkləri I Bakı Beynəlxalq Animasiya festivalına qədər lazım olan məbləği toplayaraq kitabı çap edə biləcəklər.

''''Azərbaycan animasiyası" kitabı layihəmizə təmənnasız dəstək vermək üçün bir araya gələn onlarla comərd insan sayəsində ərsəyə gəlib. İlk olaraq, onlar məqalələrin müəllifləri, rəssamlar, dostlar və tanışlardır. Onların sayəsində biz 3827$ məbləğ toplaya bilmişik. Layihəmizi dəstəkləməklə siz milli animasiyanın inkişafına kömək etmiş olacaqsınız. Kitab satışında əldə olunan gəlir isə yeni animasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan dilində cizgi filmlərinin çəkilməsi üçün sərf olunacaq.''

'Amerikanın səsi'

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG