Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 09:29

Rubl 2016-cı ildən bəri ən aşağı həddə düşür


İllüstrativ foto

Avqustun 23-də rus rublu ABŞ dollarına qarşı son iki ildə ən aşağı həddə düşüb. Səbəb Birləşmiş Ştatların tətbiq etdiyi yeni sanksiyalardır.

Bu gün səhər tezdən rubl 2 faiz ucuzlaşıb, bir dollar 69 rubla bərabərləşib. Rusiya Mərkəzi Bankı elan edib ki, xarici valyuta alışını dayandıracaq, ancaq bundan sonra bir dollar 68,3 rubla düşüb.

Mərkəzi Bank sentyabrın sonunadək xarici valyuta alışını dayandıracağını, “maliyyə bazarlarından çaxnaşmanı azaltmaq” istədiyini bəyan edib.

Bu arada Birləşmiş Ştatların Moskvaya qarşı əlavə sanksiyalar hazırlaması xəbərləri yayılıb. Avqustun 21-də Vaşinqton Rusiyanın iki gəmiçilik şirkətində sanksiyalar qoyub, onların Şimali Koreya ilə neft alveri etdiyi iddia olunur.

Digər tərəfdən, martda rusiyalı keçmiş casus Sergei Skripal və qızının İngiltərədə zəhərlənməsinə görə sanksiyaların genişlənəcəyi gözlənir.

Rusiya prezidenti Vladimir Putin sanksiyaları “əkstəsirli və mənasız” adlandırıb.

XS
SM
MD
LG